Gələn il büdcə xərclərinin 16 faizindən çoxu tikinti və şəhərsalmaya ayrılacaq

Gələn il büdcə xərclərinin 16 faizindən çoxu tikinti və şəhərsalmaya ayrılacaq
# 27 oktyabr 2021 10:57 (UTC +04:00)

Gələn il dövlət büdcəsindən tikinti və şəhərsalma xərcləri üçün ayrılan vəsait məlum olub.

APA-nın məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, 2022-ci ilin dövlət büdcəsindən tikinti və şəhərsalma xərcləri üçün 4 991 670 500,0 manat vəsait ayrılacaq.

Beləliklə, tikinti və şəhərsalma xərclərinin gələn il dövlət büdcəsində payı 16 faizdən çox olacaq.

Qeyd edək ki, gələn il dövlət büdcəsinin xərcləri 29 879 000 000 manat proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR