Güclü dumana görə digər aeroporta enməyə məcbur olan Bakı-İstanbul təyyarəsi mənzil başına çatıb - YENİLƏNİB

Güclü dumana görə digər aeroporta enməyə məcbur olan Bakı-İstanbul təyyarəsi mənzil başına çatıb - YENİLƏNİB
# 06 noyabr 2021 17:25 (UTC +04:00)

"Buta Airways"in J2-9103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen) reysi üzrə uçan və güclü duman səbəbindən İstanbulun yeni hava limanına məcburi enən təyyarə Sabiha Gökçen aeroportu istiqamətində havaya qalxıb və artıq sözügedən aeroporta çatıb.

Bu barədə "APA-Economics"ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Qeyd olunub ki, hava şəraiti təyyarənin sərnişinlərin daşınması üçün İstanbulun yeni hava limanından Sabiha Gökçən hava limanına yola düşməsi üçün əlverişli olub və təyyarə yerli vaxtla artıq mənzil başına çatıb.

***

13:58

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən "Buta Airways"in J2-9103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen) reysini həyata keçirən hava gəmisinin kapitanı İstanbulun yeni hava limanına enməyə qərar verib.

Aviaşirkətdən “APA-Economics”ə verilən məlumata görə, təyyarə yerli vaxt ilə saat 10:50-də uğurlu eniş edib.

“Əgər hava şəraiti yol verərsə, təyyarə sərnişinlərin daşınması üçün İstanbulun yeni hava limanından Sabiha Gökçən hava limanına yola düşəcək”, - aviaşirkətdən bildirilib.

Xatırladaq ki, Türkiyə mediası Sabiha Gökçen aeroportunun artıq uçuşları bərpa etdiyini yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR