Hidayət Məmmədov: ""8 noyabr” stansiyası Bakıda sərnişin daşımasında əhəmiyyətli rol oynayacaq"

Hidayət Məmmədov

© APA | Hidayət Məmmədov

# 29 may 2021 13:10 (UTC +04:00)

"May ayının 31-dən “Bakı Metropoliteni"nin fəaliyyətinin bərpa olunmasından sonra istifadəyə veriləcək yeni “8 noyabr” stansiyasının paytaxtda sərnişin daşımasında əhəmiyyətli və böyük rolu olacaq".

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında QSC-nin sədr müavini Hidayət Məmmədov deyib. Onun sözlərinə görə, “8 noyabr” stansiyası yeni bənövşəyi xəttin üzərindəki 3-cü stansiyadır. “Bu, ümumilikdə metropolitenin 26-cı stansiyasıdır ki, sərnişinlərin istifadəsinə verildi. Beləliklə, Bakıda metro stansiyalarının sayı 26, istismarda olan tunellərin uzunluğu isə 40 kilometrə çatdırıldı. İstifadəyə verilən bənövşəyi xəttin 3-cü stansiyası, bildiyininz kimi başlanğıcını Xocəsən qəsəbəsindən götürərək Qaraçuxur qəsəbəsinə qədər uzanır. Bu xətt 12 stansiyadan ibarətdir, tunellərin uzunluğu isə 18,5 kilometrdir”, - deyə H. Məmmədov qeyd edib.

Qeyd edək ki, 3 səviyyədən ibarət olan stansiya müasir metro inşaatı metod və üsulları, texnologiyalardan istifadə olunmaqla inşa edilib. Burada 13 min 365 kv. m. mərmər-qranit örtüyündən istifadə olunub. Dörd giriş-çıxış keçidi olan stansiyaya sərnişinlərin rahat və təhlükəsiz daxil olub çıxmasını pilləkənlərlə yanaşı, 17 eskalator təmin edəcək. Stansiyada fiziki imkanları məhdud sərnişinlərin istifadəsi üçün nəzərdə tutulmuş 3 lift quraşdırılıb. Stansiyanın elektrik enerjisi ilə təmin olunması məqsədilə ilk dəfə olaraq 35 kilovatlıq yeni yarımstansiya isifadəyə verilib. Eyni zamanda burada 4 ədəd güc generatoru quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR