Hindistan Çabahar limanının “Şimal-Cənub” dəhlizinə daxil edilməsini təklif edib

Hindistan Çabahar limanının “Şimal-Cənub” dəhlizinə daxil edilməsini təklif edib
# 24 iyun 2021 10:43 (UTC +04:00)

Hindistan Ticarət və Sənaye Palataları Federasiyası (FICCI) ilə birgə Hindistan və Azərbaycanın logistika şirkətləri arasında "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizini müzakirə etmək üçün onlayn formatda görüş keçirilib.

APA-nın Hindistan səfirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə Hindistan Yük Daşıyıcıları Federasiyası, CONCOR Hindistan, ADY Konteyner, ADY Express, Beynəlxalq Bakı Limanı da daxil olmaqla, hər iki tərəfdən maraqlı tərəflər iştirak edib.

Təxminən 45 iştirakçının qatıldığı onlayn görüşün açılışında FICCI-nin Baş Katibinin müavini Maniş Sinqal, ŞCND fəaliyyət göstərdikdən sonra nəqliyyat xərclərinin və daşınma vaxtının müvafiq olaraq 30% və 40% azaldıla biləcəyini bildirib.

Həm Hindistanın, həm də Azərbaycanın ŞCND-nə çox böyük önəm verdiyini bildirən səfir B. Vanlalvavna iştirakçıları iki ölkə arasında malların daşınması üçün nəqliyyat dəhlizindən istifadəni təşviq etməyə çağırıb. Səfir deyib ki, Hindistan İranın Çabahar limanının ŞCND-nə daxil edilməsini təklif edib. O, yaxın aylarda Bakıda keçirilməsi planlanlaşdırılan Koordinasiya Şurasının növbəti iclasında Çabahar limanının ŞCND-nə daxil edilməsinə dair müsbət qərarın veriləcəyinə ümid etdiyini qeyd edib.

Vebinarda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Birləşmiş Tranzit Operatoru İdarəsi rəis müavini Orxan Mustafayev, Qlobal Express Multilogistics Pvt. Ltd. şirkətinin icraçı direktoru və Hindistan Yük Daşıyıcıları Federasiyasının sədri Şankar Şinde və CONCOR Hindistan şirkətinin icraçı direktoru Ravi Kumar da çıxış edib. Həmçinin, ADY Konteyner MMC-nin direktoru Natiq Cəfərov, ADY Express MMC-nin Logistika şöbəsinin müdiri Yusif Ramazanov və Bakı Limanının Marketinq şöbəsinin əməkdaşı Nicat Şabanlı tərəfindən təqdimatlar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR