"Hökumət buludu"na keçidlə bağlı daha 6 dövlət qurumu ilə müzakirələr aparılıb

"Hökumət buludu"na keçidlə bağlı daha 6 dövlət qurumu ilə müzakirələr aparılıb
# 04 noyabr 2021 17:34 (UTC +04:00)

Azərbaycanın daha altı dövlət qurumu "Hökumət buludu"na ("G-cloud") inteqrasiya olunacaq.

"APA-Economics" xəbər verir ki, "Hökumət buludu"na keçid zamanı normativ, maliyyə və texniki məsələlərin müzakirəsi məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "AzInTelecom" MMC ilə Kənd Təsərrüfatı Nazirliyi, "Aqrarkredit" QSC, "Aqroservis" ASC, "Aqrar Tədarük və Təchizat" ASC, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nümayəndələri ilə görüş təşkil olunub.

Görüşdə “Hökumət buludu Konsepsiyası”na dair texniki, maliyyə və hüquqi aspektlər barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

"Azcloud Hökumət Həlləri" layihəsi çərçivəsində Nazirlər kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli qərarı ilə dövlət informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu"na keçid planı üzrə növbəti silsilə görüşlərə start verilib.

Qeyd edək ki, dövlət informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu"na keçid məqsədilə 161 dövlət qurumları ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR