"Hökumət buludu"na keçidlə bağlı daha dörd dövlət qurumu ilə müzakirələr aparılıb

"Hökumət buludu"na keçidlə bağlı daha dörd dövlət qurumu ilə müzakirələr aparılıb
# 14 oktyabr 2021 17:59 (UTC +04:00)

Azərbaycanın daha dörd dövlət qurumunun "Hökumət buludu"na ("G-cloud") keçiriləcək.

"APA-Economics" xəbər verir ki, "Hökumət buludu"na keçid zamanı normativ, maliyyə və texniki məsələlərin müzakirəsi məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "AzInTelecom" MMC ilə “Azəristilik", "Azərişıq", "AzərEnerji" və "Azərsu" ASC-nin nümayəndələri ilə görüş təşkil olunub.

Görüşdə "Hökumət buludu Konsepsiyası"na aid resursların daşınması, köçürülmə tarixinin müəyyən edilməsi, fiziki serverlər və digər məsələlər barədə iştirakçıların sualları cavablandırılıb.

"Azcloud Hökumət Həlləri" layihəsi çərçivəsində Nazirlər kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli qərarı ilə dövlət informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu"na keçid planı üzrə növbəti silsilə görüşlərə start verilib.

Qeyd edək ki, dövlət informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu"na keçid məqsədilə 161 dövlət qurumları ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR