"Hyundai" Hindistandakı zavodunun fəaliyyətini dayandırıb

"Hyundai" Hindistandakı zavodunun fəaliyyətini dayandırıb
# 25 may 2021 12:21 (UTC +04:00)

Cənubi Koreyanın ən böyük avtomobil istehsalçısı olan "Hyundai Motor" şirkəti koronavirus infeksiyasının yayılması səbəbindən Hindistanın cənubundakı Tamil Nadu əyalətindəki zavodunun fəaliyyətini 25-29 may tarixləri arasında dayandırıb.

"APA-Economics"in məlumatına görə, bu barədə şirklətin açıqlamasında deyilir.

Şirkət çərşənbə axşamı iki işçinin yoluxduğundan və bəzi işçilərin xəstəliyin yayılmasından qorxaraq tətil etdiklərindən sonra bu qərara gəlib.

Tamil Nadu Hindistanın pandemiyanın ən çox zərər çəkən əyalətlərindən biridir. Əyalətdə mayın 10-dan 23-dək 460 min nəfərdən çox insan koronavirusa yoluxub.

"Hyundai Motor"un xaricdəki digər zavodları yarımkeçiricilərin çatışmazlığına baxmayaraq fəaliyyətini davam etdirir. Şirkətin Cənubi Koreyada 7, xaricdə isə 10 zavodu mövcuddur: Çin (4 zavod), ABŞ, Çexiya, Türkiyə, Rusiya, Hindistan və Braziliyada. Bu zavodlar ildə 5,5 mln. avtomobil istehsal etməyə imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR