IATA: COVID-19-dan sonra sektorun bərpası emissiyaların azalması yolu ilə gedəcək

IATA: COVID-19-dan sonra sektorun bərpası emissiyaların azalması yolu ilə gedəcək
# 05 oktyabr 2021 11:36 (UTC +04:00)

Dünya aviaşirkətləri 2050-ci ilədəK karbon qazı (CO2) emissiyalarını sıfıra endirmək öhdəliyini üzərilərinə götürüb.

"APA-Economics"in Beynəlxalq Hava Nəqliyyatı Birliyinə (IATA) istinadən verdiyi məlumata görə, müvafiq qətnamə qlobal sərnişindaşımaların 82%-ni həyata keçirən 290 aviaşirkətin daxil olduğu IATA üzvləri tərəfindən təsdiq edilib.

"Dünya aviaşirkətləri uçuşların dayanıqlığına nail olmaq üçün vacib bir qərar qəbul ediblər. COVID-19-dan sonra sektorun bərpası emissiyaların azalması yolu ilə gedəcək", - IATA-nın baş direktoru Villi Uolş bildirib.

Onun sözlərinə görə, aviaşirkətlərin kollektiv səyləri və dövlətlər tərəfindən həyata keçirilən dəstək tədbirləri 2050-ci ilə qədər emissiyanı sıfıra endirməsini təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR