IBM: Dünyada mikrosxem çatışmazlığı daha iki il davam edə bilər

#
# 11:32
14 may 2021

Dünya bazarında mikrosxem çatışmazlığı daha iki il davam edəcək.

APA-Economics” TASS-a istinadən xəbər verir ki, bu barədə BBC-yə açıqlamasında IBM korporasiyasının prezidenti Ceyms Uaytherst bildirib.

Onun sözlərinə görə, texnologiyanın inkişafından [müəssisənin] istismara verilməsinə və daha sonra mikrosxemlərin buraxılmasına çox vaxt tələb olunur ki, məhz bu səbəbdən gecikmə baş verir.

Qlobal çip çatışmazlığı bir sıra sənayelərə təsir edir. Bu, istehlakçı elektronikasına, ilk növbədə, televizorlarda, telefonlarda və oyun konsollarında pandemiya və karantin məhdudiyyətləri fonunda tələbin kəskin artması və avtomobillərə olan tələbin artması ilə əlaqədardır.

Problem bəzi çip istehsal müəssisələrinin yerləşdiyi Texasdakı qış fırtınaları ilə, eləcə də qlobal çip bazarının 17%-nə sahib olan Yaponiyanın “Renesas Electronics”in zavodunda baş verən yanğınla daha da mürəkkəbləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR