IDC qlobal smartfon tədaükü üzrə proqnozunu pisləşdirib

IDC qlobal smartfon tədaükü üzrə proqnozunu pisləşdirib
# 07 dekabr 2021 11:47 (UTC +04:00)

International Data Corporation (IDC) 2021-ci ildə qlobal smartfon tədarükünün 5,3% artaraq 1,35 mlrd. ədədə çatacağını proqnozlaşdırır.

"APA-Economics" korporasiyanın dərc etdiyi proqnozlara istinadən xəbər verir ki, IDC növbəti ildə bu artımın 3% olacağını gözləyir. Bu, sentyabr ayında bu il üçün 7,4%, 2022-ci il üçün isə 3,4% verilən artım proqnozundan aşağıdır.

Dəyişiklik davamlı təchizat zəncirində yaşanan problemlər və komponentlərin çatışmazlığı üçüncü rübün nəticələrinin proqnozlardan aşağı olması ilə əlaqədardır. Təchizat zəncirlərində problemlər gələn ilin ortalarınadək müşahidə oluna bilər.

Çatışmazlıq daha çox 4G modelləri üçün olan komponentlərdə hiss olunub, nəinki 5G. Nəticədə, "Android" cihazları üçün proqnoza iOS smartfonları ilə müqayisədə daha çox yenidən baxılıb. Belə ki, iOS cihazlarının böyük əksəriyyəti 5G-ni dəstəkləyir.

Müsbət tərəfi odur ki, bu, gələn ilin eyni tarixinə qlobal tədarüklərin təxminən 60%-ni təşkil edəcəyi proqnozlaşdırılan 5G modellərinə keçidi sürətləndirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR