İran və Azərbaycan nəqliyyat sahəsində əməkdaşlığa dair saziş imzalayıblar

İran və Azərbaycan nəqliyyat sahəsində əməkdaşlığa dair saziş imzalayıblar
# 20 may 2021 13:35 (UTC +04:00)

İran və Azərbaycan arasında magistral avtomobil yollarında sərnişin və yükdaşımalar sahəsində əməkdaşlığa dair saziş imzalanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, Təbrizdə İran və Azərbaycan arasında magistral yollarda yük və sərnişin daşımalarına dair iclas keçirilib.

Hər iki ölkənin rəsmilərinin iştirakı ilə keçirilən ikigünlük iclasda avtomagistral yollarda beynəlxalq konvensiyaların tələblərinin icrası, Naxçıvan da daxil olmaqla, iki ölkənin giriş və çıxış nöqtələrində alınan rüsumlar və digər ümumi texniki məsələlər müzakirə olunub.

İclasın sonunda iki ölkə arasında magistral yollarda sərnişin və yük daşımaları sahəsində əməkdaşlığa dair saziş imzalanıb.

Sazişə əsasən, Novruz bayramı günlərində, Məhərrəmlik ayında və yay fəslində səfərlərin sayının artması fonunda sərhəd-keçid məntəqələrindən sərnişinlərin gediş-gəlişi asanlaşdırılacaq.

Azərbaycan tərəfi həmçinin təklif edib ki, Bakı, Naxçıvan və əks istiqamətə davamlı sərnişin avtobus xətti səhiyyə protokollarına əməl edilərək yenidən bərpa olunsun.

İran tərəfi, öz növbəsində, elan edib ki, koronavirus şəraitinə görə aidiyyəti qurumlarla Azərbaycan vətəndaşlarının İrana gediş-gəlişi üçün imkanın yaradılmasına dair danışıqlar aparılıb, Azərbaycan tərəfinə bu haqda məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR