İşğaldan azad olunmuş ərazilərə vətəndaşların qayıtması imkanları və sayı barədə proqram hazırlanıb

İşğaldan azad olunmuş ərazilərə vətəndaşların qayıtması imkanları və sayı barədə proqram hazırlanıb
# 10 noyabr 2021 16:41 (UTC +04:00)

“İşğaldan azad olunmuş ərazilərdə torpaq islahatları ilə bağlı dəyişikliklər ola bilər”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, işçi qaydada bu plan hazırlanır: “Bu işdə iki ana meyar var. Birincisi, işğaldan azad olunmuş ərazilərə vətəndaşlarımızın qayıtması imkanları, sürəti, sayı kimi məqamların əks olunduğu proqram hazırlanıb. İkinci məsələ burada iqtisadi fəallıqla sosial siyasət arasında düzgün balansın tapılmasıdır. Eyni zamanda problemin böyük hissəsi mülkiyyət sənədləri ilə bağlıdır. Demək olar ki, o dövr üçün özəl mülkiyyət sənədi olmayıb. Bunlar bir qayda olaraq tamamilə başqa sənədlərdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR