İstanbul Bakı metropoliteninin təcrübəsindən faydalana bilər

İstanbul Bakı metropoliteninin təcrübəsindən faydalana bilər
# 03 iyun 2021 14:00 (UTC +04:00)

Türkiyənin İstanbul şəhərinin metrosu Bakı metropoliteninin qabaqcıl təcrübəsindən faydalana bilər.

"Bakı Metropoliteni" QSC-dən "APA-Economics"ə verilən məlumata görə, bunu Bakıda səfərdə olan İstanbul metropoliteninin baş direktoru Özgür Soy "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovla görüşü zamanı deyib.

Ö. Soy QSC-nin təlim-tədris mərkəzi ilə tanışlıq zamanı həm kadr, həm də bir sıra spesifik sahələrdə Bakı metropoliteninin təcrübəsinə ehtiyaclarını və məmnuniyyətlə sürəkli əlaqələrin qurulmasında maraqlı olduğunu vurğulayıb.

Görüş "Nərimanov" elektrik deposunda davam edib. İki metropolitendə istismar olunan vaqonlar və vaqonaltı avadanlıqlar, hərəkət sistemlərinin fərqləri geniş və maraqlı fikir mübadiləsi predmeti olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR