ITU: MDB ölkələri genişzolaqlı internetin qiymətinin orta aylıq gəlirin 2%-i hədəfinə çatmaq üzrədir

ITU: MDB ölkələri genişzolaqlı internetin qiymətinin orta aylıq gəlirin 2%-i hədəfinə çatmaq üzrədir
# 29 iyun 2021 10:26 (UTC +04:00)

MDB, Avropa və Şimali Amerika ölkələri genişzolaqlı internetin qiymətinin orta aylıq gəlirin 2%-i hədəfinə çatmaq üzrədir.

Regional Rabitə Birliyindən (RRB) "APA-Economics"ə verilən məlumata görə, bunu "İKT qiymət trendləri 2020" mövzusunda Beynəlxalq Telekommunikasiya İttifaqının (International Telecommunication Union – ITU) onlayn seminarında çıxış edən ITU-nun nümayəndəsi Daniel Vertesi deyib.

Onun sözlərinə görə, inkişafda olan ölkələrdə genişzolaqlı internet hələ də əlçatan deyil və bu vəziyyət son illər ərzində davam etməkdədir.

Seminarda Azərbaycan, Rusiya, Özbəkistan nümayəndələri və RRB İcraiyyə Komitəsinin əməkdaşları da daxil olmaqla 150-dən çox mütəxəssis iştirak edib.

Tədbirdə ITU-nun "Rəqəmsal inkişafın ölçülməsi: 2020-ci ildə İKT qiymət trendlərinə dair hesabat" təqdim edilib. Hesabatda ölkələrin BMT-nin Dayanıqlı İnkişaf üzrə Genişzolaqlı Komissiyası tərəfindən müəyyən olunan internetə çıxış həddinə çatmaqları vurğulanır. Bununla yanaşı, yalnız ölkələr arasında deyil, həm də onların daxilində də əlçatanlıq boşluqları müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR