Jurnalistlərin "Zəfər yoluna" səfəri başlayıb-YENİLƏNİB

Zəfər yolu

© APA | Zəfər yolu

# 06 may 2021 11:01 (UTC +04:00)

Jurnalistlərin Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan "Zəfər yoluna" səfəri başlayıb.

APA-nın xəbərinə görə, jurnalistlər Füzuli rayonunda görülən işlərlə tanış olurlar.

Məlum olub ki, artıq yolboyu tikinti işləri həyata keçirilir, yolda gediş-gəliş təmin edilir.

Qeyd edək ki, layihələndirilən yolun uzunluğu 101 kilometrdir. "Zəfər yolu" Qarabağın inkişaf planı nəzərə alınmaqla 2 hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa olunur.

***

10:00

Mayın 6-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin təşkilatçılığı ilə Şuşaya çəkilən "Zəfər yolu"nun tikintisi ilə tanış olmaq məqsədilə media nümayəndələri Füzuli rayonuna yola düşüblər.

APA-nın məlumatına görə, jurnalistlərə indiyədək görülmüş və qarşıda duran işlər barədə ətraflı məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR