"Kibertəhlükənin Fərqindəyəm" şüarı ilə silsilə tədbirlər keçiriləcək

"Kibertəhlükənin Fərqindəyəm" şüarı ilə silsilə tədbirlər keçiriləcək
# 06 oktyabr 2021 18:15 (UTC +04:00)

Hər il oktyabr ayı dünyanın bir sıra ölkələrində “Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı” kimi qeyd olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu ay çərçivəsində kibertəhlükəsizlik və kibergigiyena qaydalarını təşviq etmək, vətəndaşlar, şirkətlər, qurumlar arasında məlumatlılığı artırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.

Qlobal mühitdə kibertəhdidlərin artdığını nəzərə alaraq əhalini maarifləndirmək məqsədilə bu ay Nazirliyin yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən də “Kibertəhlükənin Fərqindəyəm” şüarı ilə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Maarifləndirmə xarakterli tədbirlər, əsasən, kibergigiyena, fişinq hücumlarından müdafiə, bank kartlarından təhlükəsiz istifadə, uşaqların onlayn təhlükəsizliyi kimi mövzuları əhatə edəcək.

Elektron Təhlükəsizlik Xidməti kibertəhlükəsizlik üzrə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə oktyabr ayı ərzində bütün internet istifadəçilərini sosial şəbəkələrdə #KiberSmartOl, #BeCyberSmart, #CyberSmartAZE həştəqlərindən istifadə edərək maarifləndirmə kampaniyasına qoşulmağa dəvət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR