Layihə meneceri: “Sentyabrın sonunda Füzuli Beynəlxalq Hava Limanında bütün işlər yekunlaşdırılacaq”

Səlim Akbay, Füzuli Beynəlxalq Hava Limanı üzrə layihə meneceri

© APA | Səlim Akbay, Füzuli Beynəlxalq Hava Limanı üzrə layihə meneceri

# 05 sentyabr 2021 13:33 (UTC +04:00)

“Sentyabrın sonunda Füzuli Beynəlxalq Hava Limanında bütün işlər yekunlaşdırılacaq”.

APA-nın məlumatına görə, bunu Füzuli Beynəlxalq Hava Limanı üzrə layihə meneceri Səlim Akbay bildirib.

S. Akbay deyib ki, bu, onlar üçün həm çox çətin, həm də çox asan bir layihə oldu: “Nə üçün çox çətin oldu? Biz layihəyə ilk başlayanda burada heç nə – elektrik, su yox idi, hər yerdə minalar vardı. Amma güclü Azərbaycan dövləti qısa bir zamanda bizə tikinti üçün lazım olan bütün şəraiti yaratdı. Ərazi minalardan təmizləndi, elektrik təchizatı təmin olundu və biz də çalışmağa başladıq. Bu layihə nə üçün çox asan idi? Çünki bu layihədə çalışan 1000-ə qədər insan ürəkdən, bu layihənin önəmini bilərək işlədilər. Biz heç vaxt burada işləyən insanlara “yaxşı işləyin”, “tez işləyin”, “keyfiyyətli işləyin” deməyə ehtiyac duymadıq. Layihə dövründə bura Türkiyə və digər ölkələrdə hava limanlarında işləmiş, təcrübəsi olan mütəxəssisləri dəvət etdik. Burada 12 Türkiyə şirkəti çalışdı. Türkiyədən, Rusiyadan, Çindən, ABŞ-dan, Almaniyadan, İtaliyadan, İspaniyadan, Finlandiyadan beynəlxalq standartlara uyğun tikinti materialları və aeroport avadanlıqları gətirildi. Sentyabrın sonuna layihəni yekunlaşdıracağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR