M1 magistralının 16-30-cu km-lik hissəsində təmir-bərpa işləri davam edir - FOTO

M1 magistralının 16-30-cu km-lik hissəsində təmir-bərpa işləri davam edir - FOTO
# 22 iyun 2021 14:53 (UTC +04:00)

Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi (M1) avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işləri ikinci hissə üzrə davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, hazırda yenidənqurma işləri sözügedən yolun 22-23-cü km-lik hissəsində aparılır.

Təmir-tikinti işlərinin aparıldığı hissədə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb. Məhdudlaşma tətbiq edilən ərazilərdə hərəkət əks istiqamətdə ikitərəfli olaraq təmin olunur. Bu üzdən sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və təmir-tikinti aparılan ərazilərdə quraşdırılan müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR