MDB məkanında teletibb sahəsində əməkdaşlıq platforması yaradılacaq

MDB məkanında teletibb sahəsində əməkdaşlıq platforması yaradılacaq
# 15 iyul 2021 16:42 (UTC +04:00)

Regional Rabitə Birliyi (RRB) MDB çərçivəsində teletibb sahəsində əməkdaşlıq platforması yaratmağa hazır olduğunu bildirib.

"APA-Economics" RRB-nin yaydığı məlumata istinadən xəbər verir ki, bu barədə RRB İcraiyyə Komitəsinin baş direktoru Nurudin Muxitdinov Milli Elektron Səhiyyə Sistemlərinin İnteqrasiyası üzrə İşçi Qrupunun onlayn formatda təşkil olunan iclasında çıxış edərkən deyib.

O, hazırda "Rəqəmsal səhiyyə haqqında" model qanun layihəsi hazırlandığını və bölgədə bu istiqamətdə işlər davam etdiriləcəyini qeyd edib.

MDB çərçivəsində rəqəmsal səhiyyə sahəsində model qanunvericiliyi inkişaf etdirmək üçün RRB təşəbbüsünün nəticədə Birliyə üzv ölkələrin milli qanunvericiliklərinə öz əksini tapacağı bildirilib.

Qeyd edək ki, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistan, ÜST-ün Avropa regional ofisinin nümayəndələri iştirak ediblər.

İşçi Qrupunun növbəti iclası 9-10 sentyabr 2021-ci il tarixlərində şəxsən Minskdə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR