MDB-nin 2030-cu ilədək informasiya təhlükəsizliyi strategiyası müzakirə olunub

MDB-nin 2030-cu ilədək informasiya təhlükəsizliyi strategiyası müzakirə olunub

© APA | MDB ölkələrinin bayraqları

# 18 may 2021 13:01 (UTC +04:00)

Azərbaycan Rabitə Administrasiyası Regional Rabitə Birliyinin (RRB) İnformasiya Cəmiyyətinin İnkişafı və Rəqəmsal Transformasiya Komissiyasının 9-cu iclasında iştirak edib.

RRB-dən "APA-Economics"ə verilən məlumata görə, ölkəni tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə təmsil edib.

İclasda 2025-ci ilədək olan dövr üçün informasiya cəmiyyətinin qurulması və inkişaf etdirilməsində MDB ölkələri arasında əməkdaşlıq strategiyasının həyata keçirilməsindəki irəliləyiş və onun həyata keçirilməsinə dair 2025-ci ilədək fəaliyyət planı nəzərdən keçirilib. 

Gündəliyə, həmçinin MDB-nin 2030-cu ilədək informasiya təhlükəsizliyi strategiyasının həyata keçirilməsinə dair fəaliyyət planına baxılması da daxil edilib.

RRB komissiyasının iclası ilə yanaşı, RRB telekommunikasiya operatorları şurasının 40-cı iclası da keçirilib.

Tərəflər RRB iştirakçıları ölkələrində rəqəmsal inkişaf sahəsində perspektivli istiqamətləri, rəqəmsal iqtisadiyyat proqramlarının həyata keçirilməsində operatorların fəaliyyətinin prioritet sahələrini və digər məsələləri müzakirə ediblər.

İclasda Belarus, Qazaxıstan, Monqolustan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və  Ermənistandan olan RRB rabitə administrasiyalarının nümayəndələri, eləcə də RRB telekommunikasiya operatorları şurasının nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR