"Meliorasiya və Su Təsərrüfatı": Ölkədə suyun istifadəsində böyük itkilər mövcuddur

"Meliorasiya və Su Təsərrüfatı": Ölkədə suyun istifadəsində böyük itkilər mövcuddur
# 12 oktyabr 2021 12:47 (UTC +04:00)

Azərbaycanda istifadə olunan suyun 74%-i kənd təsərrüfatı sahəsində işlənilir.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən "1-ci Alman-Azərbaycan Dayanıqlılıq Forumu 2021" tədbirində çıxış edən "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədrinin müavini Rafiq Aslanov deyib.

Onun sözlərinə görə, istifadə olunan suda olduqca böyük itkilər mövcuddur.

"Bu gün statistik hesablamalara görə, təkcə suvarmada ən azı 30% itki mövcuddur. Ancaq bir az da dərindən hesabat aparılsa, ola bilsin ki, bu rəqəm daha yüksəkdir. İndiki qlobal iqlim dəyişikliyi şəraitində, suyun ilbəil azaldığı müşahidə olunduğu bir dövrdə, əlbəttə ki, bu sahədə tədbirlər planına uyğun işlərin görülməsi, bir qədər bu itkinin qarşısının alınmasına öz töhfəsini verəcək", - deyə R. Aslanov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR