Metronun yeni xətlərində qatarların hərəkəti radiodalğalarla idarə olunacaq

Metronun yeni xətlərində qatarların hərəkəti radiodalğalarla idarə olunacaq
# 31 may 2021 12:39 (UTC +04:00)

Bakı metropoliteninin yeni xətlərində qatarların hərəkəti radiodalğalarla idarə olunacaq.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, söhbət ox sayğacların istifadəsindən gedir ki, onların tətbiqi "Nərimanov" deposunda yekunlaşmaq üzrədir.

"Yeni xətlərdə qatarların radiodalğalarla idarə edilməsi üçün CBTC sistemi tətbiq olunacaq. Hazırda depo şəraitində yerinə yetirilən işlər məhz həmin prosesə keçidin birinci mərhələsindəyik. "Nərimanov" deposunda bu işlər yekunlaşdıqdan sonra, artıq metronun xətlərində davam etdiriləcək", - deyə B. Məmmədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR