MHM-in Kiber Hücumların Simulyasiyası Laboratoriyası təcrübə proqramı elan edir

MHM-in Kiber Hücumların Simulyasiyası Laboratoriyası təcrübə proqramı elan edir
# 23 iyul 2021 16:30 (UTC +04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin nəzdində fəaliyyət göstərən Kiber Hücumların Simulyasiyası Laboratoriyası təcrübə proqramı elan edir. Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, təcrübə proqramına qoşulmaq istəyənlər 6 avqust 2021-ci il tarixinədək https://rabita.az/az/applicationform?i=3223 linkindən qeydiyyatdan keçə bilərlər.

Namizədlərlə bağlı ilkin tələblər:

• İnformasiya təhlükəsizliyi sahəsində təməl anlayışları bilməsi;

• “Kali linux” əməliyyat sistemindən istifadə bacarığı;

• Bu sahədə özünü inkişaf etdirməkdə maraqlı olması.

Göstərilən tarixə kimi müraciət edən və sadalanan tələbləri ödəyən namizədlərin seçimi müsahibə əsasında aparılacaq.

Seçilmiş namizədlər kiberhücumların simulyasiyası ilə bağlı praktiki vərdişlərin qazandırılması və mövcud potensialın düzgün yönləndirilməsi ilə bağlı təlimlərə cəlb ediləcək. Kiber Laboratoriya “TIER 3”, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarına malik əlçatanlıq zonası əsasında fəaliyyət göstərən AZCLOUD bulud həlləri üzərində təşkil ediləcək. Proqram iştirakçılarına AZCLOUD bulud infrastrukturu ilə işləmək üçün təlimat veriləcək. Ödənişsiz təşkil olunacaq təcrübə proqramında praktiki məşğələlər 2 ay davam edəcək.

Təcrübə proqramını uğurla başa vuran şəxslərə Məlumat Hesablama Mərkəzi tərəfindən sertifikat təqdim olunacaq. Həmçinin praktik məşğələlərdə fərqlənənlər Məlumat Hesablama Mərkəzində və digər qurumlarda karyera qurmaq şansı qazanacaqlar.

Məlumat üçün bildirək ki, kibertəhlükəsizlik üzrə mütəxəssislərin hazırlanmasında ən önəmli rolları kiberhücumların simulyasiyası və müvafiq bacarıqların qazandırılması oynayır. Bu hücumların təşkili mütəxəssislərə hücumun baş vermə texnikasını dəqiq öyrənməyə, test edilən sistemlərdəki boşluqları aşkarlamağa və çatışmazlıqları vaxtında aradan qaldırmağa imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR