Mikayıl Cabbarov: "Zəngəzur dəhlizi regionun tranzit-logistika potensialını artıracaq"

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 14 iyun 2021 17:15 (UTC +04:00)

Ərazilərin işğaldan azad edilməsi nəticəsində yaranan yeni reallığa uyğun olaraq, Azərbaycanın əsas hissəsini və Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizi regionun tranzit-logistika potensialını artıracaq.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

O əlavə edib ki, bu potensialın reallaşdırılması yeni nəqliyyat marşrutlarının fəaliyyətə başlamasına gətirib çıxaracaq, iqtisadi gücümüzü daha da artırmaqla yanaşı, regional əməkdaşlığı və sabitliyi möhkəmləndirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR