Mineralnıye Vodı-Bakı aviareysi üzrə uçuşlara başlanılıb

Mineralnıye Vodı-Bakı aviareysi üzrə uçuşlara başlanılıb
# 03 iyun 2021 10:25 (UTC +04:00)

Rusiyanın "Ural Airlines" aviaşirkəti Mineralnıye Vodı-Bakı və əks istiqamətdə birbaşa uçuşlara başlayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportundan "APA-Economics"ə verilən məlumata görə, bu gün yerli vaxtla saat 7:15-də Mineralnıye Vodı-Bakı aviareysi üzrə ilk uçuş həyata keçirilib, hazırda isə təyyarə əks istiqamətdə aviareysi yerinə yetirməyə hazırlaşır.

"Uçuşlar həftədə bir dəfə – IV günlər "Airbus" təyyarələri ilə yerinə yetirilir", - hava limanından bildirilib.

Qeyd edək ki, hazırda Bakıdan Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Samara, Novosibirsk, Nijni Novqorod, Krasnoyarsk, Omsk, Norilsk, Ufa və Həştərxan şəhərlərinə uçuşlar yerinə yetirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR