Moskva aeroportlarında 70-dək reys təxirə salınıb və ya ləğv edilib

Moskva aeroportlarında 70-dək reys təxirə salınıb və ya ləğv edilib
# 01 dekabr 2021 11:43 (UTC +04:00)

Əlverişsiz hava şəraiti ilə əlaqədar Moskva hava limanlarında uçuşlar ləngiyir və təxirə salınır.

"APA-Economics" "Yandex. Cədvəl"in Bakı vaxtı ilə 10-:30-a olan məlumatına istinadən xəbər verir ki, 69 reys ləğv edilib və ya təxirə salınıb.

Vnukovo aeroportunda 7 reys təxirə salınıb, 4-ü ləğv edilib, Domodedovoda 25 reys təxirə salınıb, Şeremetyevoda isə doqquz reys təxirə salınıb, 24-ü isə ləğv edilib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan "APA-Economics"ə verilən məlumata görə, Bakıdan Moskvaya və əks istiqamətə reyslər cədvəl üzrə yerinə yetirilir.

Xatırladaq ki, ötən gün Moskvada qasırğalı küləklə müşayiət olunan qar yağıb. Paytaxtda güclü küləklə əlaqədar narıncı təhlükə səviyyəsi elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR