"Nar"ın 4G istifadəçilərinin sayı artıb

"Nar"ın 4G istifadəçilərinin sayı artıb
# 02 noyabr 2021 12:42 (UTC +04:00)

Abunəçilərini kəsintisiz və sürətli internet təcrübəsi ilə təmin etməyi hədəfləyən “Nar”ın 4G istifadəçilərinin sayı 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ümumilikdə 23% artıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, artıma hər bir abunəçinin ehtiyaclarına uyğun xüsusi təkliflərin təqdim olunması, Bakı və regionlarda yeni baza stansiyalarının quraşdırılması, eyni zamanda şəbəkə üzrə davamlı optimallaşdırma işləri səbəb olub.

Qeyd edək ki, mobil operatorun 4G istifadəçilərinin 62%-i paytaxt Bakının, 38%-i isə regionların payına düşür.

“Nar”ın 4G istifadəçiləri sərfəli şərtlərlə müxtəlif ölçülü internet paketlərindən yararlanır, eyni zamanda ölkədaxili dəqiqələr, bol internet və bonusları özündə birləşdirən “FULL” paketlərini seçirlər.

Qeyd edək ki, “Nar” şəbəkəsi 8 780-dən artıq baza stansiyası ilə ölkə əhalisinin 99,9%-ni, ölkə ərazini 90%-ni şəbəkə ilə əhatə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR