Naxçıvanda bu il 400-dən çox e-imza sertifikatı verilib

Naxçıvanda bu il 400-dən çox e-imza sertifikatı verilib
# 06 dekabr 2021 09:59 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında 432 elektron imza (e-imza) sertifikatı verilib.

Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə istifadəyə verilən e-imza sertifikatların 132-si dövlət qurumlarının, 61-i hüquqi şəxslərin, 230-u sahibkarların, 9-u isə vətəndaşların payına düşüb.

Qeyd edək ki, sertifikatın dövlət rüsumu dövlət qurumları üçün 58 manat, hüquqi şəxslər üçün 72 manat, sahibkarlar üçün 36 manat, vətəndaşlar üçün isə 18 manat təşkil edir. E-imzanın istifadə müddəti isə 3 ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR