Nazir: "Azad edilmiş torpaqlarda aparılan yenidənqurma işləri regionun inkişafına böyük təkan verəcək" - VİDEO - YENİLƏNİB

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev

© APA | Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev

# 31 may 2021 22:28 (UTC +04:00)

Xəbərə video əlavə edilib.

***

Saat 17:54

Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında aparılan yenidənqurma işləri bütün regionun inkişafına böyük təkan verəcək.

APA-Economics” xəbər verir ki, bunu türkiyəli həmkarı Adil Karaismailoğlu ilə Böyük Tağlar kəndinə səfər edən Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq bu torpaqlarda genişmiqyaslı tikinti-quraşdırma işlərinə, xüsusilə yol, dəmiryol infrastrukturlarının, o cümlədən hava limanının tikintisinə başlanılıb və ölkə başçısının tapşırığı ilə bu prosesə Türkiyə şirkətləri cəlb olunublar.

Nazir əlavə edib ki, bu gün o, türkiyəli həmkarı ilə işğaldan azad edilən torpaqlara səfər edib və səfər çərçivəsində Türkiyə tərəfi erməni vandalizminin və vəhşiliyinin şahidi olub.

“44 günlük müharibə zamanı türk qardaşlarımızın yanımızda olmasını hiss etdik. Bu gün də onlar öz biliklərini, bacarıqlarını və təcrübələrini işğaldan azad olunan Azərbaycan torpaqlarının yenidən qurulmasında istifadə edirlər. Torpaqlarda aparılan yenidənqurma işləri və infrastruktur layihələri yalnız bu torpaqların deyil, ölkəmizin deyil, ümumilikdə regionun inkişafına böyük təkan və dəstək verəcək”, - deyə nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR