Nazir: “Dövlət müəssisələrini 3 bloka bölmək olar”

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 10 noyabr 2021 15:27 (UTC +04:00)

“Dövlət müəssisələrini 3 bloka bölmək olar. İnvestisiya Holdinqinin idarəetməsinə verilənlər, digər nazirliklərin tabeliyində fəaliyyət göstərənlər, Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində fəaliyyət göstərənlər. Sonuncular artıq özəlləşdirmə üçün açıq elan edilmiş qurumlardır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, İnvestisiya Holdinqinin tabeliyində olan müəssisələrin artıq Müşahidə şuraları formalaşıb: “Müşahidə Şurasının fəaliyyətinin əsas hissələrindən biri də müəssisələrin fəaliyyətinin qiymətləndirilməsidir. Qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün müvafiq strategiyanın qəbul edilməsi əsas hədəfdir. Prinsip etibarilə strateji baxış olaraq bütün qurumlarda konsensus var ki, müəssisələrin özəlləşdirilməsi istiqamətində müzakirələr getməkdədir. Bu müzakirələr işçi xarakter daşıyır. Növbəti illərdə bu işin nəticəsini görəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR