Nazir: "Yük dövriyyəsinin müsbət dinamikası nəqliyyat şirkətlərinin avtoparkının yenilənməsinə kömək edəcək”

Nazir: "Yük dövriyyəsinin müsbət dinamikası nəqliyyat şirkətlərinin avtoparkının yenilənməsinə kömək edəcək”
# 23 iyul 2021 11:59 (UTC +04:00)

Yük dövriyyəsinin müsbət dinamikası və dövlət dəstəyi tədbirləri nəqliyyat şirkətlərinin avtomobil parkının yenilənməsinə kömək edəcək.

"APA-Economics" xəbər verir ki, bunu Rusiya şirkətlərinin Azərbaycana işgüzar missiyası çərçivəsində Bakıda keçirilən tədbirdə çıxış edən Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev deyib.

Nazirin sözlərinə görə, bu gün Azərbaycanda 85% yük avtomobilləri parkının istismarda olan müddəti 15-20 ildir və onlardan yalnız 3%-dən azı 5 ildən kiçikdir.

"Ətraf mühit və təhlükəsizlik standartlarına cavab verən yeni avtomobillər tədarük sürətini təmin etməklə yanaşı, yalnız Azərbaycanda deyil, bütövlükdə bölgədə logistika səmərəliliyini təmin edəcək", - deyə R. Nəbiyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR