Nepal Azərbaycanın kibertəhlükəsizlik təcrübəsini öyrənəcək

Sunil K.C.

© APA | Sunil K.C.

# 25 noyabr 2021 10:30 (UTC +04:00)

Nepal Azərbaycanın kibertəhlükəsizlik sahəsində təcrübəsini öyrənmək niyyətindədir.

Bunu "APA-Economics"ə Nepalın nüfuzlu beyin mərkəzlərindən biri olan Asiya Diplomatiya və Beynəlxalq Münasibətlər İnstitutunun (AIDIA) təsisçisi və baş direktoru Sunil K.C. deyib.

Onun sözlərinə görə, 2022-ci ilin fevral-mart aylarında Nepalın dövlət və özəl sektorundan olan şirkətlərin Azərbaycana səfəri gözlənilir ki, onlar burada tətbiq olunan kibermüdafiə sistemləri ilə yerində tanış olacaqlar.

"Sizə Katmanduda bankomat şəbəkəsinə edilən hücumu misal gətirim. Bu, 2019-cu ildə Bakıya səfərim zamanı baş verdi. Bank kartım bloklandı, emitent bankla əlaqə saxlamalı oldum. Bankdan cavab olaraq bankomat şəbəkəsinin haker hücumu nəticəsində iflic vəziyyətinə düşdüyü bildirildi. Paytaxtın bankomatları bir həftə işləmirdi. Bu hadisəni nəzərə alaraq, Nepalın kibertəhlükəsizlik zəifliyini qiymətləndirmək mümkündür. Bu xoşagəlməz hadisəyə əsaslanaraq, Nepal hökuməti bank ödənişlərinin təhlükəsizliyini təmin etmək üçün bank sistemində kibermüdafiələri gücləndirir", - deyə Sunil K.C. qeyd edib.

O həmçinin əlavə edib ki, Azərbaycan Nepalda kibertəhlükəsizliyin inkişafına töhfə verə bilər və Nepal şirkətləri bu sahədə yerli dövlət və özəl sektor şirkətləri ilə əlaqə yaratmaqdan məmnun olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR