Nizami Gəncəvinin 880 illiyinə həsr olunan poçt markası buraxılıb - FOTO

Nizami Gəncəvinin 880 illiyinə həsr olunan poçt markası buraxılıb - FOTO
# 27 oktyabr 2021 12:32 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, buraxılış 1 markadan ibarət blok şəklində hazırlanıb. Blokun eskizi mövzuya uyğun olaraq tərtib edilib. Markanın üzərində Nizami Gəncəvinin portreti, blokun kənarlarında isə “Xəmsə”yə daxil olan poetik incilər miniatür şəklində təsvir olunub.

Müəllifi rəssam Orxan Qarayev olan poçt markası 5 min tirajla nəşr edilib. Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq çap olunub.

Qeyd edək ki, bu ilin əvvəlində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi ili” elan olunub. Bununla əlaqədar Nazirlər Kabineti “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”nı təsdiq edib. Sözügedən Tədbirlər Planında bu mövzuda poçt markasının hazırlanması da əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR