NRYTN nəqliyyat və logistikada rəqəmsallaşma sahəsində beynəlxalq tədbir keçirib - FOTO

NRYTN nəqliyyat və logistikada rəqəmsallaşma sahəsində beynəlxalq tədbir keçirib - FOTO
# 23 sentyabr 2021 17:43 (UTC +04:00)

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşkilatçılığı ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) təhlükəsiz və effektiv nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi üzrə etimad-qurucu tədbiri çərçivəsində "Nəqliyyat və logistika əməliyyatlarında rəqəmsallaşmanın gücləndirilməsi istiqamətində əməkdaşlığın təşviqi" mövzusunda AQEM üzv dövlətlərindən olan ekspertlərin onlayn görüşü keçirilib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, NRYTN nümayəndəsinin moderatorluğu ilə keçən tədbirin məqsədi nəqliyyat və logistika əməliyyatlarında qabaqcıl təcrübə və informasiya mübadiləsi, mümkün əməkdaşlıq imkanlarının müzakirəsi və qeyd edilən sahədə fəaliyyət göstərən əsas iştirakçılar arasında dialoqun stimullaşdırılmasıdır.

AQEM ekspertlər görüşündə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Rəhman Hümmətov açılış nitqi ilə çıxış edərək Azərbaycan Respublikasının nəqliyyat sahəsində regional əməkdaşlığın inkişafı üzrə həyata keçirilən layihələrdə iştirakı, eləcə də ölkəmizin nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması istiqamətində irəli sürülən yeni təşəbbüslərə göstərdiyi dəstək barədə məlumat verib.

Virtual görüş "AQEM ölkələrində nəqliyyat və logistika əməliyyatlarının rəqəmsallaşdırılması sahəsində milli təcrübələr" və "Nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması: AQEM ölkələri arasında əməkdaşlıq və gələcək inkişaf perspektivləri" mövzusunda sessiyalarla davam edib.

Tədbirdə AQEM ölkələrinin aidiyyəti dövlət qurumlarının, nəqliyyat və logistika şirkətlərinin, həmçinin müvafiq beynəlxalq təşkilatların nümayəndələri və müstəqil ekspertlər iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR