NRYTN yanında İctimai Şuranın iclası keçirilib - FOTO

NRYTN yanında İctimai Şuranın iclası

© APA | NRYTN yanında İctimai Şuranın iclası

# 15 iyul 2021 15:22 (UTC +04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın iclası keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, iclasda şuranın Reqlamenti, Əsasnaməsi, Fəaliyyət planı və cari məsələlər müzakirə edilib. Reqlament səsvermə əsasında qəbul olunub.

Əsasnamənin digər şura üzvləri arasında müzakirəyə çıxarıldıqdan sonra növbəti iclasda təsdiqlənməsi təklifi səsə qoyularaq qəbul edilib.

Sonra İctimai Şuranın Fəaliyyət planının müzakirəsi dinlənilib.

Daha sonra cari məsələlərə baxılıb. Bir sıra məsələlərlə yanaşı, şəhid və qazi ailələrinin telefon və internet problemlərinin həll edilməsi istiqamətində işlərin görülməsi müzakirə predmeti olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR