NYRTN AVRO-2020 ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

NYRTN AVRO-2020 ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib
# 11 iyun 2021 17:23 (UTC +04:00)

Bakı şəhərində keçiriləcək futbol üzrə Avropa çempionatının (AVRO-2020) final mərhələsinin bir neçə oyunu ərəfəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) üzərinə düşən öhdəlikləri icra edib, müvafiq test işləri yekunlaşdırılıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, artıq oyunlar zamanı nəqliyyat, telekommunikasiya və poçt xidmətlərinin yüksək səviyyədə təşkilinə dair hazırlıq başa çatıb.

Oyunların keçiriləcəyi günlərdə poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri keyfiyyətli və davamlı şəkildə təmin ediləcək.

Nəqliyyat xidmətləri ilə təminat məqsədilə Nəqliyyat planı hazırlanıb. Eyni zamanda nazirliyin “Bakı Taksi” Xidməti tərəfindən tələbata uyğun olaraq taksi xidməti təşkil olunacaq.

Oyun günlərində müvafiq öhdəliklərin icrası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən nəzarətdə saxlanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR