Odessa-Gəncə aviareysinə biletin minimal qiyməti açıqlanıb

Odessa-Gəncə aviareysinə biletin minimal qiyməti açıqlanıb
# 21 sentyabr 2021 10:17 (UTC +04:00)

Noyabrın 1-dən Ukraynanın "Bees Airline" aşağı büdcəli (loukoster) aviaşirkəti "Odessa" beynəlxalq hava limanından Gəncəyə uçuşlara başlayacaq.

"APA-Economics" şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, uçuşlar həftədə bir dəfə – bazar ertəsi həyata keçiriləcək. Bir istiqamətə biletin minimal qiyməti 2 600 qrivna (165 manat) təşkil edir.

Həmçinin, aviaşirkət Çexiyanın paytaxtı Praqa və Gürcüstanın paytaxtı Tbilisiyə uçuşlar həyata keçirəcək. Oktyabrın 21-dən etibarən Praqaya uçmaq mümkün olacaq. Uçuşlar cümə axşamı və bazar günlərinə planlaşdırılır. Biletin qiymətləri 2 200 qrivnadan (140 manat) başlayır.

Tbilisiyə uçuşlara oktyabrın 22-dən start veriləcək. Təyyarələr cümə günləri Gürcüstanın paytaxtına uçacaq. Bu istiqamətdə biletlərin qiyməti 1 700 qrivna (108 manat) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR