Odessa-Gəncə aviareysinin açılışı dekabrın 6-dək təxirə salınıb

Odessa-Gəncə aviareysinin açılışı dekabrın 6-dək təxirə salınıb
# 18 noyabr 2021 15:37 (UTC +04:00)

Bu ilin dekabrın 6-dan etibarən Ukraynanın “Bees Airline” aşağıbüdcəli (loukoster) aviaşirkəti Azərbaycana ilk uçuşunu həyata keçirəcək.

"APA-Economics" şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, aviadaşıyıcı "Odessa" beynəlxalq hava limanından Gəncəyə uçuşlar yerinə yetirəcək. Uçuşlar həftədə bir dəfə olmaqla bazar ertəsi həyata keçiriləcək.

Odessa-Gəncə-Odessa reysinin cədvəlinə əsasən, Odessadan uçuş yerli vaxtla saat 09:00-da, Gəncəyə eniş saat 13:20-də, Gəncədən uçuş saat 14:20-də, Odessaya eniş isə saat 15:00-da olacaq.

Bir istiqamətə biletin minimal qiyməti 2 600 qrivna (167 manat) təşkil edir.

Qeyd edək ki, uçuşlar noyabrın 1-nə planlaşdırılsa da, sonradan təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR