Ölkənin su ehtiyatları barədə gündəlik məlumatlar elektron sistemə daxil ediləcək

Ölkənin su ehtiyatları barədə gündəlik məlumatlar elektron sistemə daxil ediləcək
# 29 iyun 2021 20:12 (UTC +04:00)

Respublika üzrə illik su təsərrüfatı balansına dair, ölkənin əsas su və su təsərrüfatı obyektlərində su ehtiyatları barədə gündəlik məlumatlar, “Elektron su təsərrüfatı” informasiya sisteminə daxil ediləcək.

APA-nın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov “Respublika üzrə illik su təsərrüfatı balansının təsdiq edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” qərara dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərara əsasən, Respublika üzrə illik su təsərrüfatı balansına dair, ölkənin əsas su və su təsərrüfatı obyektlərində su ehtiyatları barədə gündəlik məlumatlar, o cümlədən su anbarlarının səviyyəsi, həcmi, su anbarına daxil olan və çıxan su həcmləri (strukturu göstərilməklə), hidroqovşaqların qəbul etdiyi və ötürdüyü su həcmləri (strukturu göstərilməklə), çaylar üzrə, məntəqələr və yerləşdiyi ərazilər göstərilməklə, su sərfi, subartezian və artezian quyularının istismarı barədə, su ehtiyatlarının qiymətləndirilməsi, inventarlaşdırılması və modelləşdirilməsi ilə bağlı digər məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 fevral tarixli 1289 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “Elektron su təsərrüfatı” informasiya sisteminə daxil ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR