Ötən ay dövlət strukturlarının kibertəhlükəsizlik sorğularının sayı artıb

Ötən ay dövlət strukturlarının kibertəhlükəsizlik sorğularının sayı artıb
# 06 dekabr 2021 16:14 (UTC +04:00)

Bu ilin noyabr ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı oktyabr ayı ilə müqayisədə 15,3% artaraq 436 ədəd təşkil edib.

"APA-Economics"in Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, oktyabr ayı ərzində mərkəzə daxil olan sorğulardan 96,8%-nə baxılıb və təmin edilib.

Məlumata əsasən, noyabr ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 3 domen və 16 yeni subdomen qeydiyyatdan keçib. Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 34 hesabat təqdim edilib.

Ümumilikdə, cari ilin yanvar-noyabr aylarının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 3941 ədəd təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğuların 95,9%-nə baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 167 hesabat təqdim edilib. Yanvar-noyabr ayları ərzində Azərbaycanın internet seqmentində 54 domen və 115 subdomen qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR