Ötən gün Naxçıvana uçan və güclü dumana görə Bakıya qayıdan təyyarə bu gün yola salınıb

Ötən gün Naxçıvana uçan və güclü dumana görə Bakıya qayıdan təyyarə bu gün yola salınıb
# 01 dekabr 2021 10:28 (UTC +04:00)

Ötən gün "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Naxçıvan reysi üzrə havaya qalxan və Naxçıvanda gün güclü duman olduğuna görə Bakıya qayıdan təyyarə bu gün səhər saatlarında yola salınıb.

Bu barədə "APA-Economics"ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

"J2-2251 nömrəli Bakı-Naxçıvan reysinin təyyarəsi bu gün saat 9:06-da yola salınıb. Təyyarə saat 10:15-də Naxçıvana eniş edib", - hava limanından bildirilib.

Xatırladaq ki, ötən gün güclü duman səbəbindən AZAL-ın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Bakı hava limanına qayıtmağa qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR