Pakistanın ilk yük maşınları Bakıya çatıb

Pakistanın ilk yük maşınları Bakıya çatıb
# 08 oktyabr 2021 17:50 (UTC +04:00)

Pakistana məxsus ilk sınaq yük partiyasından ibarət iki yük avtomobili Bakıya çatıb.

"APA-Economics"in məlumatına görə, Pakistanın "National Logistics Cell" (NLC) logistika şirkətinin avtomobillərinin uğurlu sınaq buraxılışı və Pakistan ilə Azərbaycan arasında ilk birbaşa logistik nəqliyyat əməliyyatının başlanması münasibətilə 8 oktyabr 2021-ci il tarixində Bakıda tədbir keçirilib.

Tədbirdə bildirilib ki, 7 oktyabr 2021-ci il tarixində Bakıya gələn və Pakistandan ixrac məhsulları daşıyan, Pakistandan Azərbaycana iki nəqliyyat vasitəsi (yük maşını) ilə pilot layihə həyata keçirir. Yük maşınları Azərbaycandan ixrac malları ilə Pakistana qayıdacaq.

Qeyd edək ki, TIR çərçivəsində Pakistan və Azərbaycan arasında NLC-nin gələcək fəaliyyəti iki qardaş ölkə arasında ikitərəfli ticarətin artmasına kömək edəcəkdir.

Azərbaycanın bütün aidiyyəti orqanları, xüsusən də Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) NLC avtomobillərinin Pakistandan Azərbaycana uğurlu sınaqdan keçirilməsində mühüm rol oynayıb.

Xatırladaq ki, 2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanın Pakistanla apardığı ticarət əməliyyatlarının həcmi illik 17,5% azalaraq 7,010 mln. ABŞ dolları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR