Perm-Bakı aviareysi üzrə birbaşa uçuşlara başlanılıb

Perm-Bakı aviareysi üzrə birbaşa uçuşlara başlanılıb
# 03 iyun 2021 11:21 (UTC +04:00)

Rusiyanın "Ural Airlines" aviaşirkəti Perm-Bakı aviareysi üzrə birbaşa uçuşlara başlayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportundan "APA-Economics"ə verilən məlumata görə, bu gün yerli vaxtla saat 7:30-da Perm-Bakı aviareysi üzrə ilk uçuş yerinə yetirilib.

"Əks istiqamət üzrə uçuş saat 11:35-də həyata keçiriləcək. Uçuşlar hər həftənin IV günləri "Airbus" təyyarələri ilə yerinə yetiriləcək", - hava limanından bildirilib.

Qeyd edək ki, hazırda Bakıdan Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Samara, Novosibirsk, Nijni Novqorod, Krasnoyarsk, Omsk, Norilsk, Ufa , Mineralnıye Vodı və Həştərxan şəhərlərinə uçuşlar yerinə yetirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR