Qarabağ Dirçəliş Fondu bir sıra mədəniyyət obyektləri ilə bağlı hökumətə təkliflər göndərib

Rəhman Hacıyev

© APA | Rəhman Hacıyev

# 04 oktyabr 2021 11:25 (UTC +04:00)

Qarabağ Dirçəliş Fondu tərəfindən bir sıra mədəniyyət irsi obyektlərlə bağlı Mədəniyyət, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirliklərinə müvafiq təkliflər göndərilib.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan-Yaponiya investisiya forumunda çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı büdcə müəyyən olunur və yaxın günlərdə maliyyələşdirmək üçün lazımi vəsaitlər ayrılacaq: "Bundan başqa, bir neçə layihə ekologiya ilə bağlıdır. Çünki Qarabağda həm də təbii büdcələr də məhv olunub. 10 minlərlə hektar meşələr, ağaclar kəsilib, məhv edilib. Qarabağ Dirçəliş Fondu olaraq biz ekologiya layihələrinə də büdcələr ayırmağa hazırıq. Bununla bağlı biz nazir Muxtar Babayevlə memorandum imzalamışıq, hansı ki, digər iştirakçılar üçün də açıqdır. Ötən həftə ərzində Azərbaycanın bir sıra böyük şirkəti həmin memoranduma qoşulmaq niyyətini bildirib və yəqin ki, gələn həftə ərzində artıq onlar da büdcələr ayırıb, bu memoranduma qoşulacaqlar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR