Qarabağda maliyyə-bank xidmətlərinin yaradılması istiqamətində işlər aparılır

Qarabağda maliyyə-bank xidmətlərinin yaradılması istiqamətində işlər aparılır
# 01 dekabr 2021 17:05 (UTC +04:00)

Azərbaycan banklarının hazırda prioritet vəzifəsi olaraq işğaldan azad olmuş Azərbaycan ərazilərində innovativ maliyyə-bank xidmətlərinin yaradılması istiqamətində müvafiq işlər aparılır və strateji planlar müəyyən edilir.

"APA-Economics"in məlumatına görə, bunu "Visa Inc." beynəlxalq kart təşkilatı və Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi arasında keçirilən görüşdə ABA-nın prezidenti Zakir Nuriyev deyib.

O bildirib ki, bütün maliyyə-bank sektoru ilə əlaqədar təşkilatların maliyyə-bank infrastrukturunun qurulmasında fəal iştirakı təmin olunacaq.

Öz növbəsində, "Visa"nın regional direktoru Kristina Doros bildirib ki, şirkət bundan sonra da Azərbaycan iqtisadiyyatının nağdsızlaşdırılması istiqamətində görülən təşəbbüsləri dəstəkləməyə hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR