Qaraçuxur qəsəbəsində Zaur Şərifov küçəsi təmir olunur - FOTO

Qaraçuxur qəsəbəsində Zaur Şərifov küçəsi təmir olunur - FOTO
# 15 iyun 2021 16:54 (UTC +04:00)

2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, Suraxanı rayonu üzrə təmirə ehtiyacı olan ümumi uzunluğu 18,5 km təşkil edən qəsəbədaxili küçə və yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən təmir-tikinti işləri davam etdirilir.

AAYDA-dan "APA-Economics"ə verilən məlumata görə, proqrama çərçivəsində sözügedən rayonun Qaraçuxur qəsəbəsində ümumi uzunluğu 4,3 km olan dörd küçədə və Şərq yaşayış massivi yolunda yenidənqurma işlərinin aparılması nəzərdə tutulurdu ki, bu istiqamətdə bir müddətdir işlərə start verilib.

Bu çərçivədə qəsəbədə 700 metr uzunluğa malik Zaur Şərifov küçəsində aparılan təmir-tikinti işləri son mərhələ üzrə və yüksək keyfiyyətlə icra olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR