Regionların inkişafı proqramına indiyədək 90 milyard manatdan artıq vəsait yönəldilib

Sevinc Həsənova

© APA | Sevinc Həsənova

# 23 noyabr 2021 15:54 (UTC +04:00)

“Regionlarda infrastrukturlarla bağlı təkliflər növbəti dövlət investisiya proqramının tərtibi zamanı nəzərə alınacaq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Nazir müavini bildirib ki, bu proqramın tərtibi zamanı ölkənin sosial-iqtisadi inkişaf predmetləri nəzərə alınır: “Regionların inkişafı proqramına indiyədək bütün mənbələr hesabına 90 milyard manatdan artıq vəsait yönəldilib. 2021-2023-cü illər üzrə isə regionların inkişafına 13 milyarddan çox vəsait yönəldilib. Bu məsələ nazirliyin diqqət mərkəzindədir. Bu proqram vasitəsilə regionların inkişaf məsələlərinin həllinə çalışırıq. Bütün təkliflər yerlərdən yığılır. Təkliflər əsasında proqramlar tərtib olunur və məqsədyönlü şəkildə həyata keçirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR