"Renault" çip çatışmazlığına görə istehsalın kəskin azalacağını gözləyir

"Renault" çip çatışmazlığına görə istehsalın kəskin azalacağını gözləyir
# 22 oktyabr 2021 16:47 (UTC +04:00)

Fransanın "Renault" avtomobil şirkəti qlobal mikroçip çatışmazlığı səbəbindən 2021-ci ildə istehsalın gözləniləndən daha çox azalacağını proqnozlaşdırır.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bununla belə, şirkət xərclərin azaldılması və avtomobillərin qiymətlərinin artırılması satışların azalmasının mənfi təsirini kompensasiya etməyə kömək edəcəyinə ümid edərək, illik mənfəət proqnozunu təsdiqləyib.

"Renault" bu il avtomobil istehsalının təxminən 500 min vahid azalacağını gözləyir, baxmayaraq ki, şirkət sentyabrın əvvəlində 220 minlik azalma proqnozlaşdırmışdı.

Avtomobil istehsalçısının cari ilin III rübündə gəliri illik müqayisədə 13,4% azalaraq 8,98 mlrd. avroya (10,4 mlrd. dollar), avtomobil satışları isə 22,3% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR