Rəşad Nəbiyev BƏƏ-nin iqtisadiyyat naziri ilə görüşüb - FOTO

Rəşad Nəbiyev BƏƏ-nin iqtisadiyyat naziri ilə görüşüb - FOTO
# 23 iyun 2021 15:27 (UTC +04:00)

Azərbaycanda rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrinin başçılıq etdiyi nümayəndə heyəti ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və BƏƏ arasında ümumi əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Eyni zamanda, yüksək texnologiyalar, innovasiyalar və kosmik sahədə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR