RİNN əməkdaşları Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO

RİNN əməkdaşları Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO
# 06 dekabr 2021 15:47 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2006-cı il tarixli müvafiq Sərəncamı ilə dekabrın 6-sı ölkədə rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu il Azərbaycanda telefon rabitəsinin yaradılmasından 140 il ötür.

Peşə bayramı günü münasibətilə Nazirliyin rəhbərliyi və kollektivi Fəxri xiyabanı ziyarət edərək Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə gül dəstələri qoyulub.

Sonra nazirliyin rəhbərliyi və kollektivi Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə güllər düzüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR